Zəlimxan Yaqub: \"Yenidən müalicəyə gedəcəyəm\"
22/01/2015
Xalq şairi Zəlimxan Yaqubun doğum günüdür. O, 65 yaşını qeyd edib.
Şair açıqlamasında səhhətinin normal olduğunu bildirib.
O, Almaniyadan növbəti müalicədən qayıtdığını deyib. Növbəti dəfə aprelin 13-də Almaniyaya müalicəyə gedəcəyini deyən xalq şairi ad günündə özünə yalnız can sağlığı arzulayır.
Qeyd edək ki, Yaqubov Zəlimxan Yusif oğlu 1950-ci ildə Borçalı mahalında Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. 1967-1972 -ci illərdə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsil alıb. İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti \"Qələbə bayrağı\"nda dərc edilib. 1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub. \"Şöhrət\" və \"Şərəf\" ordeni ilə təltif edilib. /report.az/

Digər Məqalələr
2025-10-16 22:05:37
“Əhməd Ağaoğlu və türk dünyası” konfransının materialları nəşr edilib
2025-10-12 21:52:02
İstanbulda Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin barelyefi açılıb