Kinematoqrafçılar İttifaqının sədrliyinə iki namzəd var - Şəfiqə Məmmədova və Əli İsa Cabbarov
Avanqard 11/05/2026
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər məlum olub.
Sədr postuna iki namizəd var - Xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarov.
Kinematoqrafçılar İttifaqından məsələ ilə bağlı APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sədrliyə namizədlərin adları qurultaya yaxın vaxtda mətbuata açıqlanacaq.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı mayın 26-da keçiriləcək.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir.
Digər Məqalələr
“Əhməd Ağaoğlu və türk dünyası” konfransının materialları nəşr edilib
İstanbulda Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin barelyefi açılıb