Mədinə Gülgünün 100 illik yubiley tədbiri keçirilib
Avanqard 05/03/2026
Azərbaycan Yazıçılar Birliyində bənzərsiz şairi Mədinə Gülgünün 100 illik yubiley tədbiri keçirilib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Sabir Rüstəmxanlı, Seyran Səxavət, Vaqif Bəhmənli, Pərvanə Məmmədli, Əsəd Çahangir, Yədulla Kənani və başqa ziyalılar şairin poeziyamızı yeni poetik nəfəs və çalarlarla zənginləşdirən yaradıcılığından, eləcə də onun həyat və fəaliyyətinə ilə bağlı maraqlı xatirələr danışıb.
“İranlı Mühacirlər Cəmiyyət”İB-nin sədri Firidun İbrahiminin təmsilçisi Yədulla Kənani çıxışışında belə bir möhtəşəm tədbirin təşkili üçün AYB-nin sədri Anar müəllim və Güney bölməsinin sədri xalq şairi Sabir Rustəmxanlı müəllimə təşəkkürünü bildirib və Cəmiyyətin rəhbərliyi F. İbrahiminin dəstəyi ilə çap olunan Mədinə Gülgünün Azərbaycan Milli Hökümətinin baş prokuroru, istiqlal fədaisi Firudin İbrahimiyə həsr etdiyi “Firudin” poeması yeni nəşrdə iştirakçılara təqdim etdi. Tədbirdə “İMC”İB-in üzvü qiraətçi Mahmənzər xanım bu əsərdən parça səsləndirdi Mədinə Gülgünün Azərbaycan Milli Hökümətinin baş prokuroru, istiqlal fədaisi Firudin İbrahimiyə həsr etdiyi “Firudin” yeni nəşrdə iştirakçılara təqdim olunub.
Şairə Zərəngiz Nur söz alaraq Təbrizə həsr etdiyi şeirini oxuyub. Tədbirin sonunda şairin oğlu Etibar Abizadə anasının ədəbi irsinə göstərilən ehtiram üçün minnətdarlığını bildirib.
Qeyd etmək yerinə düşər ki, tədbir Xalq şairi Sabir Rüstəmxanlının başçılıq etdiyi Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan bölməsinin növbəti layihə-tədbirləri çərçivəsində keçirilirib.
Məruzəçi filologiya elmləri doltoru Pərvanə Məmmədli çıxışında bunları bildirib: ”Azərbaycan ədəbiyyatında elə şair və yazıçılar var ki, onların həyatı təkcə şəxsi ömür yolu deyil, həm də xalqın taleyinin, sevinc və kədərinin güzgüsünə çevrilir. Mədinə Gülgün də məhz belə sənətkarlardan biridir. Onun yaradıcılığı da, yaşadığı həyat da xalqın taleyi ilə sıx bağlı idi. Şeirlərində həm sevinc, həm kədər, həm də məhrumiyyətlər içində yaşayan insanların ağrıları əks olunurdu. Təbriz onun yaradıcılığında xüsusi yer tutur, onu yaradıcılığının qibləsi sayırdı. Və, o, bütün ömrü boyu həm azadlıq arzusu ilə, həm də doğma yurda qayıtmaq ümidi ilə yaşayırdı. Ümumiyyətlə, o dövrdə Cənubi Azərbaycandan gəlmiş ziyalıların çoxu vətənə qayıtmaq arzusu ilə yaşayır və yaradırdı. Onların yazılarında azadlıq və istiqlal mövzusu açıq şəkildə ifadə olunmasa da, bu ideyalar müxtəlif bədii obrazlar və simvollar vasitəsilə öz əksini tapırdı. Onlar inanırdılar ki, bir gün o hərəkat davam edəcək və doğma torpaqlar yenidən azad olacaq. Mədinə Gülgünün şeirlərində də bu ümid, bu həsrət və bu inam daim yaşayırdı. Yurd həsrəti də onun yaradıcılığının əsas mövzularından biri idi. Şeirlərindən birində belə deyirdi:
Bir torpaq üstündə doğulmuşuq biz,
Bir qolum Bakıdır, bir qolum Təbriz.
Mədinə Gülgün təkcə həsrət və kədər şairi deyildi. O, həm də mübariz ruhlu, savaşçı bir şair idi. Bununla yanaşı, onun mənəvi dəyərlərə həsr olunmuş çoxlu şeirləri də var. Bu şeirlərin bir çoxu sonralar mahnıya çevrilmişdir. Məsələn, “Sən gəlməz oldun” mahnısı bu gün də müxtəlif dillərdə səsləndirilir. Həmçinin Araz haqqında və məhəbbət, azadlıqla bağlı yazdığı yanğılı şeirlər də daim oxunur və sevilir. Mədinə Gülgünün yaradıcılığında həm həsrət, həm də böyük bir məhəbbət yaşayırdı. O, bütün ömrü boyu doğma torpağa ,ana dilinəbağlılığını qorudu və bunu şeirləri ilə yaşatdı”.
Fotolar FS Presindir








Digər Məqalələr
“Əhməd Ağaoğlu və türk dünyası” konfransının materialları nəşr edilib
İstanbulda Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin barelyefi açılıb