AzTV-də Gülüstan müqaviləsi haqqında film hazırlanıb
Avanqard 14/05/2026
"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətində yeni sənədli film hazırlanaraq tamaşaçılara təqdim olunub. “Anın tarixi” layihəsi çərçivəsində hazırlanan film-hekayə “" Gülüstan müqaviləsi” adlanır.
Filmdə 1813-cü ilin 12 oktyabr tarixində Rusiya imperiyası ilə Qacar dövləti arasında imzalanan Gülüstan müqaviləsindən bəhs edilir. 1804-cü ildən 1813-cü ilə qədər davam edən Birinci Rusiya-İran müharibəsi zamanı baş verən hadisələr də bədii və sənədli təsvirlərlə filmdə əks etdirilib.
Filmin ssenari müəllifi və prodüseri Səxavət Sahil, quruluşçu rejissoru Ramina Qarayevadır.
Digər Məqalələr
“Əhməd Ağaoğlu və türk dünyası” konfransının materialları nəşr edilib
İstanbulda Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin barelyefi açılıb