Avanqard

Sinif otağından Şuşaya gedən yol

Avanqard 29/01/2026

Bu gün məktəblərin birində, adi görünən bir sinif otağında qeyri-adi bir yol başlanğıcı oldu. Uşaqlar Tural İbrahimovun ilk kitabını əllərinə alanda, əslində bir kitab yox, bir yaddaş açdılar. Səhifələr çevrildikcə Şuşanın səsi eşidildi - daşlardan, qalalardan, yarımçıq qalmış dualardan gələn səs.

Bu kitabda müəllif öz nəsil kökündən başlayaraq oxucunu Pənahəli xanın qurduğu Şuşa xanlığına aparır, İbrahimxəlil xanın taleyindən keçərək Azərbaycan tarixinin ağrılı və qürurlu qatlarını göstərir. Uşaqlar bu tarixi quru fakt kimi yox, yaşayan bir hekayə kimi oxudular. Bəzən susdular, bəzən sual verdilər, bəzən də bir cümlənin içində uzun-uzadı qaldılar.

Müzakirə zamanı məlum oldu ki, bu oxu təkcə keçmişə baxmaq deyilmiş - bu oxu kim olduğunu anlamaq cəhdi imiş. Şuşa onların qarşısında xəritə kimi yox, tale kimi açıldı. Bir şəhərdən çox, bir yaddaş, bir ruh, bir davamiyyət kimi.

 

Digər Məqalələr