Zakir Həsənov yazıçılarla görüşüb
27/10/2016
Bir qrup yazıçı müdafiə naziri Zakir Həsənovla görüşüb.
Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə birliyin sədri, xalq yazıçısı Anar, xalq şairləri Sabir Rüstəmxanlı və Nəriman Həsənzadə, xalq yazıçısı Mövlud Süleymanlı, birliyin gənclər üzrə katibi Rəşad Məcid, mətbuat xidmətinin rəhbəri Xəyal Rza və başqaları iştirak edib.
Görüşdə yazıçıların hərbi hissələrdə görüşlərinin keçirilməsi, cəmiyyətdə hərbi-vətənpərvərlik hisslərinin yüksəldilməsi və s. məsələlər müzakirə olunub.
Nazir əsgərlərdə hərbi-vətənpərvərlik hisslərinin daha da yüksəldilməsi üçün ədəbiyyat xadimlərinin təbliğatının böyük rol oynadığını diqqətə çatdırıb. /APA/

Digər Məqalələr
2025-10-16 22:05:37
“Əhməd Ağaoğlu və türk dünyası” konfransının materialları nəşr edilib
2025-10-12 21:52:02
İstanbulda Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin barelyefi açılıb