Yazıçı-publisist Aqşin Babayevin daha bir kitabı çapdan çıxıb
22/01/2020
Yazıçı-publisist, şair, tərcüməçi, ictimai-xadim, Əməkdar jurnalist Aqşin Babayevin yeni kitabı çap olunub. AZƏRTAC xəbər verir ki, “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla çap edilən “Göyərçinlər öpüşür” adlı kitab rus dilindədir. Bu, müəllifin sayca 40-cı, o cümlədən, rus dilində çıxan 4-cü kitabıdır.
Kitabda müəllifin “Kişilər az yaşadı”, “Qırxıncı illərin uşaqları”, “Dalan” povestləri və hekayələri verilib. Əsərləri rus dilinə xalq yazıçısı Natiq Rəsulzadə, moskvalı mütərcim Yelena Medvedyeva və yazıçı-tərcüməçi Aytən Aqşinqızı çeviriblər. Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Oqtay Həmidovdur.

Digər Məqalələr
2025-10-16 22:05:37
“Əhməd Ağaoğlu və türk dünyası” konfransının materialları nəşr edilib
2025-10-12 21:52:02
İstanbulda Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin barelyefi açılıb