Avanqard

Uşaq və tədris ədəbiyyatı ilə bağlı seminar keçiriləcək

06/04/2023

Aprelin 10-u saat 13:00-da II Uşaq Kitab Festivalı çərçivəsində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə “Azərbaycanda uşaq və tədris ədəbiyyatı: reallıq və perspektivlər” adlı elmi-praktik seminar keçiriləcək.

ANAİB xəbər verir ki, elmi-praktik seminarın keçirilməsində məqsəd Azərbaycan uşaq və tədris ədəbiyyatının problem və perspektivlərini müzakirə etmək, həll yolları ilə bağlı təklifləri dinləməkdir.

Elmi-praktik konfransın məruzəçiləri və çıxış edəcəkləri mövzular aşağıdakılardır:

– ANAİB-in sədri Şəmil Sadiq – “Uşaq ədəbiyyatının bugünkü vəziyyəti”;

– Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu – “Dərslik mətnləri. Oxuyub, anlamaq”;

– Yazıçı Zahid Xəlil – “Uşaq ədəbiyyatında klassizm ənənələri”;

– “Altun kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov – “Azərbaycanda uşaq kitabları beynəlxalq təcrübə kontekstində”;

– Nizami adına Ədəbiyyat İnstitutunun “Uşaq ədəbiyyatı” şöbəsinin müdiri  Elnarə Akimova – “Tədris vəsaitlərində uşaq ədəbiyyatının yeri və rolu”;

– “Şərq-Qərb” nəşriyyatının baş redaktoru Nərgiz Cabbarlı – “Uşaq ədəbiyyatının nəşrində və inkişafında dövlətin rolu”.

Qeyd edək ki, seminar Bakı İdman Sarayının konfrans zalında baş tutacaq.

Digər Məqalələr