Avanqard

Türkiyəli tələbələr Bakı Mühəndislik Universitetində keçirilən konfransda iştirak edib

01/05/2019

Türkiyəli tələbələr Bakı Mühəndislik Universitetində keçirilən beynəlxalq konfransda iştirak edib.
Türkiyənin Qars şəhərində yerləşən Kafkas Universiteti Çağdaş Türk Ləhcələri və Ədəbiyatları Bölümünün Azərbaycan Dili və Ədəbiyyatı şöbəsinin tələbələri - Neriman Kirman, Bora Namkoç, Hatice Baytürk ve Yusif Seyidov  29-30 aprel 2019-cu il tarixində Bakı Mühəndislik Universitetində keçirilən III Beynəlxalq Gənc Tədqiqatçılar Konfransında iştirak ediblər.

Tələbələrin elmi rəhbərləri İlkin Qulusoyun dəstəyi ilə hazırlanmış məruzələri maraqla qarşılanmışdır. Çıxışlarından sonra tələbələrə təşəkkürnamə təqdim edilmişdir.

Xatırladaq ki, tələbələrin oxuduğu bölüm Türkiyədə Azərbaycan Dili və Ədəbiyyatı ixtisası üzrə mütəxəssis yetişdirən yeganə bölümdür və 2005-ci ildən fəaliyyət göstərir.

Digər Məqalələr