Türkiyədə “Nəsimi ili”nin rəsmi açılış tədbirləri keçiriləcək
05/03/2019
“Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Türkiyənin Ankara və İstanbul şəhərlərində hər iki ölkənin mədəniyyət nazirlərinin iştirakı ilə “Nəsimi ili”nin rəsmi açılış tədbirləri keçiriləcək.
Mədəniyyət Nazirliyindən bildirilib ki, tədbirlər martın 6-da Ankara şəhərində TÜRKSOY-un iqamətgahında, Ankara Cümhurbaşkanlığı Simfonik Orkestrinin konsert salonunda və martın 7-də İstanbul şəhərində, Bəyazid, Türkiyə Ədəbiyyat Vəqfinin toplantı salonunda təşkil ediləcək.
Qeyd edək ki, tədbirlər Azərbaycan Mədəniyyət Nazirliyi, TÜRKSOY beynəlxalq təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşacaq.

Digər Məqalələr
2025-10-16 22:05:37
“Əhməd Ağaoğlu və türk dünyası” konfransının materialları nəşr edilib
2025-10-12 21:52:02
İstanbulda Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin barelyefi açılıb