“Seyran Səxavət” adlı biblioqrafik kitab işıq üzü görüb
16/07/2021
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyilə Azərbaycan Milli Kitabxanasının “Azərbaycan ədibləri” seriyasından tərtib etdiyi “Seyran Səxavət” adlı biblioqrafik kitab işıq üzü görüb.
Kitab şair, nasir, tərcüməçi Seyran Səxavətə həsr edilmiş ilk biblioqrafiyadır. Göstəricidə yazıçının kitabları, dövrü mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, həyat və yaradıcılığını əks etdirən materiallar əhatə olunub. Biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitabın elmi redaktoru professor Kərim Tahirov, tərtibçiləri Xeyransa Abbasova, Gülbahar Misirova, redaktoru isə Elnur Nəciyevdir. /525.az/

Digər Məqalələr
2025-10-16 22:05:37
“Əhməd Ağaoğlu və türk dünyası” konfransının materialları nəşr edilib
2025-10-12 21:52:02
İstanbulda Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin barelyefi açılıb