Avanqard

Rza Nuri - Səsim azad sulara dağılan adalar

14/03/2023

Rza Nuri 1991-ci ildə Tehran şəhərində anadan olub. 10 ilə yaxındırki ədəbiyyatla məşğuldur. Şeirləri sitələrdə yayımlanıb. İngiliscədən Azərbaycancaya çevirdiyi bir neçə psixoanaliz məqalələr sanal dünyada yayımlanıb və Margurite Durasin “Ölum Xəstəliyi” adlı romanını çevirib.

Avanqard.net Rza Nurinin iki şeirini təqdim edir.


1.
Çünki mən son nəfəsimi siyirmişdim dişlərimlə

Və onurğamdan uçurmuşdum boylu kəpənəklər sözünü

Gündüzün sari avtobusuna düzənmiş saçlarını günlərə bölən barmaqların körpülüyünü sürüşən dünyada, otuz kərə günəşi dolandığım qəlpə başımla ilgidə
yolları dərələrə yayınır baldırın fikri

Yarımçıq məktübümün davamını

Postçu düşmüş qalabalığa

Əzilmiş sözlərim

Küçədə

Küçə başını əymiş xiyabanlarda

Başa vurduğum o iti qoxunu

Qəzetdə bıçaqlanmış bir kioskçunun qəzetləri içində bıçaqlanmış bir kioskun içində qəzetlər

Dışında xəbərlər

Sərilincə dışarı

Pəncərədəki ovtuyayım dalğalar, qıvrım saçlarını yamsılayırdı

Çatlaq dodağına hopmuş budaqdan

Nəfəsinlə uçurursan quşları

Yalnız açıq havalarda, düşürdün yadıma

Çölə düşmüş öylə bir xəbər ol ki raketlər ötsün həlqeyi-zülfündən

Gözlərinlə üzünü dişlərinə yığan aynalar sayağı, aynada çərçivədən düşmüş üzümü içinə çəkdiyin, dibə düşdüyüm uzaqlara bax

Həyatını sözlər sancağıla tutan birisiyəm

Məni öylə bir sətirdə tut

Köynəyimin yaxasın uçur

Dodağın səkiliyindən

2021.02.05




2.
Boğaz yollarına zayir düşmüş adını

Göz qapaqlarını roll etdiyin əfyun bir yuxuda

Halqa-halqa üfürdüm

Enib-qalxdım

Ağız boşluğunun çəkməcəsini açıb-bağlayan ağciyərimlə

Səsim azad sulara dağılan adalar

Səsim qafiyə yerinə barmağın ucu, əzilən kağızlar

Səsim izləyicilərini çeynəyən bir səhnə

Səsimdə urmu ozon qatı dəliyindən qarqara edir

Quş dedikdə

Yuxuların mürəkkəb qabına batmış boyalı-bayğın başım

Göyqurşağı sayaq atılır protez dişlərim

Borax min işarətə bağladığın sözün çərpələng uçuşunu

Həyatımın altyazısını qatarla sürmüsən gözlərinə

Borax təmas xəttini ötmüş bir təyyarənin
hava limanında yumurtalamasını

Xiyabanın əli duraqda

Cebində gilə-gilə udmuş avtubusu, boyununa qol-boyun meydançalarda kiravatını bağlayan avtubusa udulur İona, udulur Ahab

Sırğa sayağı itmiş, şin saxlamış evini sapmış küçələrə su səpmisən

Çəkib düymələ küçəni

Boyununu süpür yığ qulağına

Murtazlar zurnasına qalxan bağırsağım

Xəyyam parkinda bir misra olan skamyada oturan qocanın korluğuna çəlik olur

Boğaz yollarına zayir adın

Min qucaq ağaclarda baş yerinə bölünən sözün versiyalarını uzatmış

Asılqandan asladığım ağciyər saxımlarlı söyləmində

Boyununun sayıqlayan döngələri var

Qorxmaz dərəcəsində qıvrıq saçın

Əqrəblərin əks istiqamətdə qət edən dəniz dalğalarının kələfindən bir parçadır

Boğaz yolları zayir adına

Əfyun yuxulara bağla gözünü

2021.10.26

murtaz: Sadu

Digər Məqalələr