Avanqard

Regina Deriyeva - Uşaqlıq-xəzinəsidir gözyaşlarının

01/09/2019

Regina Deriyeva (1949-2013)

Tanınmış rus şairəsi,  1990-cı ildə Sovet İttifaqından mühacirət edib, bir müddət  İsraildə, sonra isə İsveçdə yaşayıb.










Apriori bilik

Uşaq olanda ağlamazdım,
heç bir ağrı bunu edə bilməzdi.
Qolumu necə bursalar da, necə
cimdikləsələr də məni, qayışla
necə döşənsələr canıma,
başıma necə vursalar da
bir damcı göz yaşı görünməzdi
gözlərimdə. Sınmış qol,
burxulmuş onurğa ilə
xəndəyə atılsam da heç ağlamadım.
Heç hönkürüb sızladığım olmadı.
Uşaqlıq-xəzinəsidir gözyaşlarının,
qocalanda sındırcaqsan o pulqabını.

 

Qara fikirlər

Divarından bir neçə fotoşəklin,
çilçırağın asıldığı yarımqaranlıq
dəhliz kimiyəm təxminən.
İşıqdan asılı olaraq gah qara,
gah ağ görünən nə qədər ziyarətçi
keçib gedib məndən.
 

Tərcümə edən Səlim Babullaoğlu

 

Digər Məqalələr