Avanqard

"Qanun"dan yeni kitablar

12/07/2021


ÜZÜKLƏRİN HÖKMDRI, J.R.R. TOLKİEN, İKİ QALA
Qiymət 14.90
“İki qala” – “Üzüklərin hökmdarı” trilogiyasının ikinci hissəsidir və burada “Üzük qardaşlığı”ndakı hadisələrin davamı təsvir olunub.Moria uçurumuna düşən Qandalfdan və orklar tərəfindən öldürülən Boromirdən məhrum olmuş Üzük Qardaşlığı üç yerə ayrılır.Frodo və Sem Mordora doğru getməyə davam edirlər. Yolda onları izləyən Qollumu yaxalayırlar. Hakimiyyət Üzüyünü bir dəfə ələ keçirən Qollum ona yenidən yiyələnməyə çalışır.Merri və Pippin Sarumanın urukhaylarına əsir düşür, bu dəstəyə Mordorun orkları da qoşulur.Araqorn, Leqolas və Gimli yolda Rohan Süvariləri ilə görüşdükdən sonra Fanqorn meşəsinə yönəlirlər. Və Balroqla döyüşdən qalib çıxmış və artıq Boz deyil, Ağ olan Qandalfla rastlaşırlar.Rohanlılarla Sarumanın orkları arasındakı Dəbilqə Dərəsi döyüşündən sonra Ağacsaqqalın əmri ilə entlər Ayzenqardı viranə qoyurlar. Bu əsnada hiyləgər Qollum Frodo və Semi Şelobun yuvasına doğru aparır...
Tərcüməçi:            Samir BulutRedaktor:              Müqəddəs Şahbaz

NADİR ŞAH ƏFŞARIN FƏRMAN  VƏ MƏKTUBLARI
Nadir Shah.JPG
Qiymət 10.99
Kitaba Azərbaycanın, eləcə də bütün Yaxın Şərqin həm hərb tarixində, həm də siyasi həyatında silinməz iz qoymuş görkəmli dövlət xadimi və böyük fateh, Avropa tarixçilərinin “Qərbin Napoleonu” adlandırdıqları Nadir şahın fərmanları və məktubları yer almışdır. Bir qismi Azərbaycan dilində ilk dəfə nəşr edilən bu sənədlər müxtəlif əlyazma mənbələrindən seçilib toplanmışdır. Kitab nadirşünas tədqiqatçılar və tarixsevər oxucular üçün nəzərdə tutulmuşdur.
Fars dilindən tərcümə edənlər: Əkrəm Bağırov, Hacı Rauf ŞeyxzamanlıƏrəb dilindən tərcümə edən:  Minaxanım Şahbazova


KAMİLO XOSE SELA, İKİ ÖLÜ ÜÇÜN, MAZURKA
iki olu.JPG
Qiymət 9.99
“İki ölü üçün mazurka” romanında ucqar qalisiya əyalətində cərəyan edən hadisələr oxuculara kitabdakı çoxsaylı personajların xatirələri və söhbətləri vasitəsilə çatdırılır. İki yerli sakinin qətli və qatildən intiqam almağa can atan insanların duyğu və düşüncələri romanın əsas süjet xəttini təşkil edir.
Tərcüməçi:            Saday Budaqlı



Üzeyirbəy Hacıbəyli, FİTNƏLƏR QARŞISINDA
fitneler.JPG
Qiymət 7.49
Dahi bəstəkar Üzeyirbəy Hacıbəyli həm də kəskin və dəyərli publisist yazıların müəllifi kimi tanınır. Kitaba böyük sənətkarın günümüzlə səsləşən publisistik yazıları daxil edilib.

Ərəb əlifbasından transliterasiya edən, ön sözün, şərhin və sözlüyün müəllifi: Aslan Kənan



Karlos Ruis, SAFON KÜLƏYİN KÖLGƏSİkulýin.JPG
Qiymət 13.99
Məşhur yazıçı Tom Boyd həyatının çətin anlarını yaşayır. Sevdiyi qadından ayrıldıqdan sonra nəinki artıq yaza bilmir, həyatından belə küsərək antidepressant və sakitləşdiricilərin dumanında dərin bir quyunun dibinə doğru yol alır. Fırtınalı bir gecədə romanının qəhrəmanlarından biri yazıçını yenidən həyata qaytarmaq və onu sətirlərinə qovuşdurmaq üçün xəyal dünyasından çıxaraq real dünyaya – onun evinə qədəm basır. Və beləcə, Tom Boyd və qəhrəmanı Billi arasında gözəl və unudulmaz bir macəra başlayır.Bir-birini xilas etmək üçün çırpınan iki ürək... Los-Ancelesdən Meksika çöllərinə qədər uzanan və Parisin kiçik bir mənzilində bitən həyəcan, kədər, sevinc və sevgi dolu bir macəra...

Tərcüməçi:            İlqar ƏlfiRedaktor:              Arzu Soltan



KAMİLO XOSE SELA, PASKUAL DUARTENİN AİLƏSİ
pskul.JPG
Qiymət 4.99
Nobel mükafatı laureatı, dünya şöhrətli ispan yazıçısı Kamilo Xose Selanın “Paskual Duartenin ailəsi” romanında sərt gerçəkliklə üzləşən “kiçik adamın” faciəsi təsvir edilib. Roman İspaniyada qadağan olunduğundan, ilk dəfə Argentinada nəşr edilib və müəllifə böyük şöhrət qazandırıb. Bu əsər ayrı-ayrı ölkələrdə yüz otuz dəfə nəşr olunub və bu günə qədər də İspaniyada müxtəlif dillərə tərcümə edilən kitabların siyahısında birincidir.
Tərcüməçi:            Saday Budaqlı


Lev Tolstoy, BALACA  FİLİP, Hekayələr
balaca.JPG
Qiymət 2.99
Bu kitaba böyük rus yazıçısı Lev Tolstoyun təbiət, heyvanlar, quşlar haqqında yazdığıhekayələr daxil edilib.

Redaktor:             Əyyar TahirTexniki redaktor: Tural Zeynallı



Kerolayn Finkel, OSMANLI İMPERİYASININ TARİXİ (1300-1923)
OSMANLI.JPG
Qiymət 29.99
Nə vaxtsa müstəqil türk knyazlığı “müqəddəs müha­ribə”yə başlayıb, orta əsrlərin ən güclü müsəlman dövlətinə, ərəb­lərin bacarmadığı Bizansı işğal edən, olduqca böyük hərbi-feodal imperiyaya çevrilmişdi...  Şərqi və Cənubi Avropanın çox hissəsini, Şimali Afrikanın əksər ərazilərini və praktiki olaraq bütün Ərəb Şərqini özündə bir­ləşdirən Osmanlı İmperiyasında ticarət və sənətkarlıq, elm və incəsənət inkişaf edib çiçəklənmişdir.  Bəs bu qüdrətli dövləti zəiflədib dağıdan və sonda da məhv edən nə oldu?  Osmanlı İmperiyasının yaranmasından məhvinə kimi olan uzun əsrlər ingilis tarixçisi Kerolayn Finkelin bu kitabında ətraflı şəkildə əks olunub.    

Tərcüməçi:                     Abdulhəlim MikrağviRedaktor:                        Əziz Rzazadə

Digər Məqalələr