Pablo Pikassonun 9 əsəri Fransa hökumətinə bağışlanacaq
21/09/2021
Tanınmış ispaniyalı rəssam Pablo Pikassonun qızı Maya Pikasso Fransa hökumətinə atasının 9 əsərini bağışlayacaq.
Bu barədə Fransanın mədəniyyət naziri Rozlin Başlo-Narken məlumat yayıb.
Burada söhbət altı rəsm əsərindən, şəkilli albomdan, heykəl və etnoqrafik sənət əsərindən gedir. Mətbuat konfransında jurnalistlərə yalnız bir əsər - kubizm üslubunda hazırlanmış “Oturacaqda şirniquş yeyən uşaq” (1938) göstərilib. Əsərlərin ən qədimi 1895-ci ilə aiddir. Bu, Pablo Pikassonun atası Don Xose Ruisonun portretidir. Əsərlər geniş ictimaiyyətə 2022-ci ilin aprelində təqdim olunacaq. /Azərtac/

Digər Məqalələr
2025-10-16 22:05:37
“Əhməd Ağaoğlu və türk dünyası” konfransının materialları nəşr edilib
2025-10-12 21:52:02
İstanbulda Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin barelyefi açılıb