Ölkəmiz Moskvada Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunur
07/09/2017
Rusiya Federasiyasının paytaxtı Moskvada 30-cu Beynəlxalq Kitab Sərgi-Yarmarkası açılıb. Sərgi-yarmarkada Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə 21 kvadratmetrlik sahədə qurulan stenddə ölkəmizin kitab mədəniyyəti nümayiş etdirilir.
Nazirlikdən bildirilib ki, Azərbaycan stendində ölkəmizin tarixi, dövlətçiliyi, mədəniyyəti, elmi və turizm imkanlarını əks etdirən müxtəlif nəşrlər, təbliğat materialları təqdim olunur. Nəşrlərimiz sərginin qonaqları və ziyarətçilər tərəfindən maraqla qarşılanır.
Qeyd edək ki, nüfuzlu beynəlxalq sərgidə iştirak edən Azərbaycan nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyinin aparatı rəhbərinin müavini, insan resursları şöbəsinin müdiri Cavanşir Cəfərov, kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin baş məsləhətçisi Elbəy Əli, Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov, “Azərkitab” kitab ticarəti mərkəzinin əməkdaşları və başqaları daxildir.

Digər Məqalələr
2025-10-16 22:05:37
“Əhməd Ağaoğlu və türk dünyası” konfransının materialları nəşr edilib
2025-10-12 21:52:02
İstanbulda Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin barelyefi açılıb