Mahmud Dövlətabadinin romanı gürcü dilində nəşr olunub
22/12/2016
Tiflisdə görkəmli yazıçı, cənibi azərbaycanlı Mahmud Dövlətabadinin “Polkovnik” romanı gürcü dilinə “Polkovnikin ölümü” adı ilə tərcümə edilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, kitabın təqdimat mərasimində çıxış edən romanın nəşr olunduğu “Dioqene” nəşriyyatının direktoru Tamar Lebanidze əsərdə toxunulan məsələlərdən danışıb. Romanın tərcüməçisi, universitetin iranşünaslıq kafedrasının assosiativ professoru Tea Şurqaya əsərin ədəbi məziyyətləri məlumat verib.
Qeyd olunub ki, roman ingilis, ərəb, alman, italyan, holland, ivrit, isveç və norveç dillərinə tərcümə edilib. Əsər fars dilində yazılıb və İranda nəşr olunmayıb.

Digər Məqalələr
2025-10-16 22:05:37
“Əhməd Ağaoğlu və türk dünyası” konfransının materialları nəşr edilib
2025-10-12 21:52:02
İstanbulda Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin barelyefi açılıb