Avanqard

“Hüseyn Cavid” ədəbi məclisi təsis edilib

29/10/2014

Beynəlxalq Mətbuat Mərkəzində “Hüseyn Cavid” ədəbi məclisinin təsis edilməsi ilə bağlı tədbir keçirilib.

Tədbirdə məclisin rəhbəri, şair Kəmaləddin Qədim Azərbaycan ədəbiyyatında bənzərsiz yeri olan Hüseyn Cavidin adını daşıyan ədəbi məclisin məqsədi barədə məlumat verib.

Bildirilib ki, yeni yaranan ədəbi məclis şairin irsinin təbliği, onunla bağlı silsilə tədbirlərin keçirilməsi, əsərlərinin nəşri və digər məsələlərlə ciddi məşğul olacaq.

Tədbirdə şairin ölümündən 41 il sonra nəşinin Azərbaycana gətirilməsində ulu öndər Heydər Əliyevin çox böyük xidmətləri olduğu vurğulanıb və bu məqamı əks etdirən videomaterial nümayiş etdirilib.

Oktyabrın “cavidlər ayı” olduğunu bildirən natiqlər Hüseyn Cavid irsinə bugünkü dövlət qayğısından söz açıblar.

Çıxışlarda şairin bu günümüzlə səsləşən poeziyasının təsir gücündən, gənc nəslin tərbiyəsində böyük əhəmiyyətindən danışılıb.

Sonda Hüseyn Cavidin əsərlərindən nümunələr səsləndirilib. /AzərTAc/

Digər Məqalələr