Heydər Əliyev Sarayında Aşıq Şəmşirin anadan olmasının 125 illiyi qeyd ediləcək
04/12/2018
Dekabrın 17-də Heydər Əliyev Sarayında Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin 125 illik yubileyi qeyd ediləcək.
Yubiley gecəsində aşıq poeziyasının ən tanınmış və məşhur simaları iştirak edəcəklər. Aşıqların ifasında ustad sənətkarın əsərləri səsləndiriləcək.
Qeyd edək ki, ustad sənətkar bənzərsiz ifası, şirin avazı, özünəməxsus çalğısı və qələmə aldığı gözəl sənət nümunələri ilə Azərbaycan aşıq yaradıcılığında mühüm yer tutub və aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsinə böyük əmək sərf edib.
Tədbirin biletlərini Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

Digər Məqalələr
2025-10-16 22:05:37
“Əhməd Ağaoğlu və türk dünyası” konfransının materialları nəşr edilib
2025-10-12 21:52:02
İstanbulda Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin barelyefi açılıb