“Hədəf” Nəşrləri 5 illiyini qeyd etdi
29/10/2014
Kitabevim.az kitab marketində “Hədəf” Nəşrlərinin 5 illiyi münasibəti ilə tədbir keçirilib.
Tədbiri giriş sözüylə “Hədəf” Nəşrlərinin təsisçisi, Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq açıb. “Hədəf” Nəşrlərinin son beş ildə keçdiyi yola nəzər salan təsisçi nəşriyyatın yaradıcı kollektivinə uğurlar arzulayıb.
Daha sonra çıxış edən “Hədəf” Nəşrlərinin direktoru, yazıçı Müşfiq XAN nəşriyyatın 5 illik fəaliyyətindən, həyata keçirdiyi layihələrdən danışaraq, gələn qonaqlara təşəkkürünü bildirib.
Qonaqlardan “Altun kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov, “Alatoran” yayınlarının rəhbəri Rasim Qaraca, “Hədəf” Nəşrlərinin ilk direktoru Emin Sadıqov, “Hədəf” Kurslarının filial rəhbərləri və direktor müavinləri çıxış edərək nəşriyyatın kollektivini yubiley münasibəti ilə təbrik edib.
Tədbirdə Nəşriyyatın kollektivi diplomlarla və pul mükafatı ilə mükafatlandırılıb.
Avanqard.net

Digər Məqalələr
2025-10-16 22:05:37
“Əhməd Ağaoğlu və türk dünyası” konfransının materialları nəşr edilib
2025-10-12 21:52:02
İstanbulda Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin barelyefi açılıb