Avanqard

Hacı Ələmdar Mahirin anım günü

21/02/2020

Azərbaycan əruz şeirinin  mahir bilicisi və ələmdarı Hacı Ələmdar Mahir 2014-cü ilin 21 fevralınd  dünyasını dəyişib.

Ədəbiyyata gəldiyi gündən bəri  klassik divan şeiri üçün böyük işlər görub. Onu nə ədəbiyyat, nə də əruz yazarları unudacaq. Çünki butün yazarlar bilir ki, Ələmdar yaradıcılığı gənc əruzyazarlar üçün böyük məktəbdir... Bir çoxusu kimi mənim də üzərimdə haqqı olduğunu düşünürəm. Bu səbəbdən onun xatirəsini hər zaman əziz tutub, unutmayacağam. Unutmağa haqqım da yoxdur!  Məncə, heç kimin heç kəsi unutmağa haqqı yoxdur! Allah rəhmət etsin!
Gülbala Dadaş

Nigarandır könül, çoxdandı yarımdan xəbər yoxdur,
Onunçün qəlbi-zarımda təravətdən əsər yoxdur.

Edərdim dərdimi izhar, əgər olsaydı qəmxarım,
Bəlası ondadır, dərdi deməkçün bir nəfər yoxdur.

Mən etdim şöleyi-ahımla rövşən, rahi-səhranı,
Mənim ahım qədər məcnunun ahımda şərər yoxdur.

Qəm etmə, sadiq ol eşqində yarın, ey könül dönmə,
Sənə biganələr divanə söylərsə, zərər yoxdur.

Mənə səbrimdən artıq cövr qılma, rəhm qıl canan,
Nə cür tab eyləyim, cövrün qədər səbrim əgər yoxdur?

Kimə baxdımsa, yüz dərdü qəmə aludə gördüm mən,
Bu dünyadə bir insan varmı qəlbində kədər yoxdur?

Çalış yazdıqların Mahir, ola həm duzlu, həm şirin,
Deyərlər yoxsa, əş'arında duz vardır, şəkər yoxdur.

Digər Məqalələr