Avanqard

Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib

19/08/2019

Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, ‘Kaspi’ qəzetinin Ədəbiyyat Əlavəsinin redaktoru, gənc şair Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib. ‘Qəlbin tərbiyə dərsləri’ adlı kitabdakı şeirləri rus dilindən serb dilinə tanınmış ədəbiyyatşünas, nüfuzlu ədəbi tənqidçi, mütərcim Nina Smic tərcümə edib. 1566194962_x1.gif
  Nəşrdə müəllifin 60 şeiri yer alıb.  ‘CompuTech’ nəşriyyatında işıq üzü görən kitaba F.Hüseynin şeirləri haqqında iki məqalə daxil edilib: Məqalələrin birini Serbiya Yazıçılar Birliyinin sədri, tanınmış şair Radomir Andriç, digərini isə nəşrin mütərcimi qələmə alıb.
1566195033_x.gif

Digər Məqalələr