Avanqard

Fərid Hüseynin İstanbulda imza günü oldu - Foto

23/12/2021

Azərbaycanlı şairin İstanbulda təqdimatı keçirilib.

Kulis.azın verdiyi xəbərə görə, tanınmış şair Fərid Hüseynin "Yaddaş ilanı" adlı şeirlər kitabı İstanbulda, İstiqlal caddəsində yerləşən "İnsan" Kitab Evində təqdim olunub. Təqdimatda şair öz şeir kitabını oxucular üçün imzalayıb.

Xatırladaq ki, dekabrın 20-də fəaliyyətinə başlayan XIII İstanbul Beynəlxalq Şeir və Ədəbiyyat festivalında Azərbaycan şairi Fərid Hüseyn də iştirak edir. Almaniya, İraq, Misir, Gürcüstan, Makedoniya və başqa ölkələrdən 40-dan çox iştirakçının qatıldığı beynəlxalq tədbirdə, 6 gün ərzində 21 tədbir keçiriləcək. Bu ildən başlayaraq festival çərçivəsində hər il bir şairin şeir kitabı işıq üzü görəcək.

İlk çıxan kitab Fərid Hüseynin "Yaddaş ilanı" adlı şeir toplusudur. /Kulis.az/

Возможно, это изображение (8 человек, люди сидят и в помещении)


Возможно, это изображение (6 человек, люди сидят и в помещении)

Digər Məqalələr