Əhməd Ağaoğlunun “Mən kiməm?” kitabı işıq üzü gördü
03/10/2019
Görkəmli ictimai xadim, yazıçı-publisist Əhməd Ağaoğlunun 150 illik yubileyinə töhfə olaraq ərsəyə gətirilmiş “Mən kiməm?” kitabı (Azərbaycan Dövlət Tərcümə Mərkəzi) işıq üzü görüb.
Azərbaycanın ictimai-siyasi fikir tarixində silinməz izlər qoymuş Əhməd Ağaoğlunun zəngin yaradıcılığı ilk dəfədir ki, müasir oxucuya geniş və əhatəli şəkildə təqdim olunur.
Kitaba xadimin, təxminən, 40 il ərzində Qərbi Avropada, Rusiya, Azərbaycan və Türkiyə Cümhuriyyətində çap olunmuş əsərlərindən nümunələr daxil edilib.
Kitabın tərtibçisi və ön sözünün müəllifi – filologiya elmləri doktoru, professor Vilayət Quliyev, redaktoru Afaq Məsuddur.
Kitab Əhməd Ağaoğlunun ictimai-siyası, ədəbi irsinə dərindən yiyələnmək istəyənlər, əlaqədar tədris-tədqiqat sahələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. /525/az/

Digər Məqalələr
2025-10-16 22:05:37
“Əhməd Ağaoğlu və türk dünyası” konfransının materialları nəşr edilib
2025-10-12 21:52:02
İstanbulda Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin barelyefi açılıb