Çingiz Aytmatovun əsəri əsasında çəkilən film Türkiyədə nümayiş olunacaq
20/12/2018
Məşhur qırğız yazıçısı Çingiz Aytmatovun “Qırmızı yaylıqlı qovağım mənim” əsəri əsasında Özbəkistan və Qırğızıstan kinemotoqrafçılarının birgə layihəsi ilə çəkilən “Sərv qamətli dilbərim” filmi dekabr ayının sonlarından Türkiyənin İstanbul, Ankara, Kastamonu və Antalya şəhərlərində ekranlara çıxarılacaq.
Filmin rejissoru Sərvər Kərimov, ssenari müəllifi qırğız dramaturqu Kerez Zarlikovadır.
Baş rolları özbək aktyorları Adiz Rəcəbov və Uluqbəy Kadırov, qırğız aktyorları Mədinə Talinbek və Elina Aybay ifa edirlər.
Filmdəki Asal rolunun ifaçısı Mədinə Talinbek noyabr ayında Daşkənddə keçirilən “Prologie” dördüncü beynəlxalq kinofestivalında “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb. /Azərtac/

Digər Məqalələr
2025-10-16 22:05:37
“Əhməd Ağaoğlu və türk dünyası” konfransının materialları nəşr edilib
2025-10-12 21:52:02
İstanbulda Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin barelyefi açılıb