Cavid Zeynallının kitabı Türkiyədə nəşr olunub
12/08/2020
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi çərçivəsində “Azərbaycan Ədəbiyyatı Gənclik Seriyası” üzrə istedadlı gənc şair və yazıçılarımızın Türkiyədə tanıdılması işi davam etdirilir.
Layihə üzrə yazar Cavid Zeynallının “Coğrafiya müəlliminin pencəyi” adlı kitabı Türkiyə türkcəsində işıq üzü görüb.
Tanınmış şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi əsər Türkiyənin “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 5000 tirajla nəşr olunub.

Digər Məqalələr
2025-10-16 22:05:37
“Əhməd Ağaoğlu və türk dünyası” konfransının materialları nəşr edilib
2025-10-12 21:52:02
İstanbulda Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin barelyefi açılıb