Avanqard

Cavanşir Yusiflinin kitabı təqdim olunacaq

19/11/2019

Tanınmış tənqidçi-ədəbiyyatşünas Cavanşir Yusiflinin “Mətn, işarə və məna” adlı yeni kitabı nəşr olunub.

Kulis.az xəbər verir ki, “AYB-kitab” layihəsindən işıq üzü görən kitab noyabrın 26-sı, saat 14-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda oxuculara təqdim olunacaq.

Təqdimatda Cavanşir Yusiflinin qələm dostları, tanınmış yazıçılar iştirak edəcək.

Kitabda Azərbaycanın klassik və çağdaş şair və yazıçıları haqqında məqalə və esselər toplanıb.

Digər Məqalələr