Bakıda Olivye Rolenin “Meteoroloq” kitabının təqdimatı olub
07/02/2015
Bakıdakı Fransa İnstitutunda bu ölkənin Azərbaycandakı səfirliyinin təşkilati dəstəyi ilə tanınmış fransız yazıçısı Olivye Rolen ilə görüş keçirilib. Qeyd edək ki, müəllifə böyük şöhrət qazandıran əsər onun “Port-Sudan” (1993) romanı olub. Yazıçı bu kitaba görə “Femina” mükafatına layiq görülüb. O.Rolenin “Kağız pələng” romanı (2002) “Qonkur” mükafatına namizəd kimi irəli sürülüb.
Tədbir iştirakçılarına təşəkkür edən səyyah, yazıçı, çoxsaylı mükafatların laureatı Olivye Rolen öz yaradıcılığından, səyahətlərindən, ilham mənbələrindən söz açıb, oxucuların suallarına cavab verib.
O.Polen görüşdə ötən ilin sentyabrında “Seuil” nəşriyyatında çapdan çıxmış “Meteoroloq” kitabını təqdim edib. Qeyd edək ki, “Meteoroloq” nüfuzlu “Prix du Style” mükafatına layiq görülüb.
O.Polen diqqətə çatdırıb ki, 2003 və 2009-cu illərdə Bakıda olub. Azərbaycanın paytaxtı yazıçıda böyük təəssürat oyadıb, onu “Bakı, son günlər” kitabını yazmağa sövq edib. /AzərTAc/

Digər Məqalələr
2025-10-16 22:05:37
“Əhməd Ağaoğlu və türk dünyası” konfransının materialları nəşr edilib
2025-10-12 21:52:02
İstanbulda Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin barelyefi açılıb