Avanqard

Azərbaycan kitabları Belarusda

12/02/2015

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi fevralın 11-də  Belarusiyanın paytaxtı Minskdə keçirilən XXII kitab sərgisinə qatılıb.

Sərginin Fəxri qonağı Çin Xalq Respublikasıdır. 40-a yaxın ölkənin iştirak etdiyi sərgidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə hazırlanan stenddə 200 adda kitab yerləşdirilib. 

İştirakçılara Azərbaycan respublikasının tarixini, mədəniyyətini özündə əks etdirən kitablarla yanaşı, 2015-ci il Avropa oyunlarının keçirilməsi ilə bağlı kitabçalar və fleyrlər paylanıb.
Sərgi 15 fevral tarixinə qədər davam edəcək.
   
 

Digər Məqalələr