Avanqard

Adolf Hitlerin özünün yazdığı ilk tərcümeyi-halı tapılıb

12/10/2016

Şotlandiyalı tarixçi Tomas Veber iddia edir ki, 1923-cü ildə dərc olunan \"Adolf Hitler: həyatı və çıxışları\" kitabı diktatorun özü tərəfindən yazılıb.

\"Report\" \"Frans Press\"ə istinadən xəbər verir ki, Veberin CAR-da araşdırdığı bir sıra sənədlər böyük ehtimal ilə onu göstərir ki, kitab əvvəllər hesab olunduğu kimi hərbçi Baron Adolf Viktor fon Kerber tərəfindən deyil, məhz Hitlerin özü tərəfindən yazılıb.

Tərcümeyi-halda Hitlerin çıxışlar toplusu yer alıb ki, burada o özünü İsa Məsih (ə) ilə müqayisə edir və iddia edir ki, onun nitqləri \"Yeni İncil\" olmalıdır.

Veberin fikrincə, tərcümeyi-hal Hitlerin timsalında \"Almaniyanın xilaskarı\" obrazını yaratmaq üçün yazılıb. /repot.az/

Digər Məqalələr