Ziyafət Tovuzlu - Bu gecə aç qollarını...
05/02/2014
Bu gecə aç qollarını
Qoynuna gəlim.....
Səninlə danışım,
Səninlə dinim.
Səninçün sevinim,
Səninçün gülüm.
Səninçün yaşayım,
Səninçün ölüm.
Bu gecə aç qollarını
Qoynuna gəlim.....
Ay sevincim, məhəbbətim!
Bəxt ulduzum,
Alın yazım.
Sevgimizə şeir yazım,
Qoy dinlənsin könül sazım.
Bu gecə aç qollarını
Qoynuna gəlim....
İsit qəlbimi
gül nəfəsinlə
Unudum həyatın əzablarını,
Yaşayım, yaşlanım
qoy həvəsinlə....
Bu gecə aç qollarını
Qoynuna gəlim.....
Öpüm gözlərini
öpüm doyunca!
Mən sənin yanında
bəxtəvərəm ki,
Xoşbəxt oluram
Sənin olunca!
Avanqard.net