Rövşən Xasayoğlu - Ana Kürüm yatağına dönərmi?
26/04/2022
Bir neçə ildir ki, Kürün suyu azaldığı üçün Xəzərin suyu Kür çayının yatağına axır. Bu səbəbdən Neftçala rayonunun sakinləri Kürün suyundan istifadə edə bilmirlər. Mən uzun illərdir Türkiyədə yaşasam da, Neftçalada boya-başa çatdığım üçün bu məsələyə biganə qala bilmədim. Kür haqqında yazdığım şeiri oxuculara təqdim edirəm.
Rövşən Xasayoğlu,
Ardahan Universitetinin müəllimi
***
Ana Kürüm qaldıq suya tamarzıNeftçalamın işıqları sönərmi?Yoxsa səndən ayırdılar Arazı?Ana Kürüm yatağına dönərmi? Haray-haray, Kürüm möhtac yağışa,Kanal olub, fikir verin axışaİmkanı yox Xəzərinə qarışaAna Kürüm yatağına dönərmi? Artıq xəyal Kür çağlaya, Kür coşaDəli Kürüm bənd uçura, Kür daşaBalıqları yulğunluğa doluşaAna Kürüm yatağına dönərmi? Gör nə vaxtdır suyun zəhər dadındaÇay itirdim Kür ismində, adındaXəyal olub sən qalmısan yadımdaAna Kürüm yatağına dönərmi? Kürü bizə bəxş eləmiş YaradanUtanırmı Kürün suyun qurudan?Bu gün Kürüm can üstündə, verir canAna Kürüm yatağına dönərmi? Kim qarğıdı görüm susuz qalasan?Torpaq üstə dərin şırım olasanİstəyimdi yenə suyla dolasanAna Kürüm yatağına dönərmi? Qurutmayın elin çayın, çalasınQaçırmayın torpağından balasınKöçürməyin yerindən NeftçalasınAna Kürü əski hala döndərinKürü yenə Xəzərimə göndərin!12.04.2022
/525.az/