Avanqard

Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını

29/02/2024

Gəl ağlama, sil gözünün yaşınıDağlar kimi məğrur saxla başınıHünərinlə qandırginan naşınıSən bizimsən, biz də sənin, Qarabağ!Ürəyisən sən Vətənin, Qarabağ!
Əcdadımız at oynadıb o yerdə Qazan asıb, mağar qurub o yerdəMəhəbbətlə şeir yazıb o yerdəSən bizimsən, biz də sənin, Qarabağ!Ürəyisən sən Vətənin, Qarabağ!
Göz dikmədik biz kimsənin varına Daş atmadıq, bağçasına, barınaAnd içmişik, yetəcəyik karınaSən bizimsən, biz də sənin, Qarabağ!Ürəyisən sən Vətənin, Qarabağ!
Çox doğma, yad bu yerlərə gəlibdiYurdumuzu müqəddəs yer bilibdiBütün dünya "Azərbaycan" deyibdiSən bizimsən, biz də sənin, Qarabağ!Ürəyisən sən Vətənin, Qarabağ!
Abbasəli Xankişiyev, Biləsuvar rayonu

Digər Məqalələr