Zahid Sarıtorpaq - Axsaq sükut
23/09/2013
«çılın-çılpaq bir yalanın hicabına dönür adam
adam dönür pərdəsinə üryan bir həqiqətin
başı cəllad kötüyündə əli baltalı adam
həm belədi həm də elə, balıqlar…»
yarımçıq bir şeirdən
balıqlar yosunlar sular və qumlar
adam suçunu bilsə belə
yenə özünü haqlı sanır sonda
zaman da həmişə belədi
axsaq sükut yol gedir saat əqrəblərində -
çəliyinin səsi gəlir ömrün əvvəlindən axırınacan
əslində sükut yox - zamandır axsayır həmişə
bizə ildırım sürətiylə görünsə belə keçdiyi
balıqlar yosunlar sular və qumlar
dostlar qohumlar
bir yaz axşamı iplik-iplik saçaqlanarsa içimin ilmələri
sözümün başına kəndir salıb sürümək də olar
çırağa uzanan sonuncu kibrit dənəsi yarı yolda sönərsə
qaranlıq sükutun diqtəsinə dözmək suçunu
yaşamaq qədər şirin
bir həqiqət yazılarsa əməl dəftərimə
mən hazır cəzalara hönkürmədən
gəlsinlər
aparsınlar
o zaman artıq canları yağır etmiş
axsaq sükutun çəliyinin səsini
mən eşitməyəcəm bir daha
sizdən fərqli