Xosrov Barışan - Bu şəhrin küçələrində, nə gəzir dərddən savayı?!
01/02/2019
AĞILLILAR ŞƏHƏRİ
Ağıllılar şəhərində
Nə gördüm dərddən savayı?
Hər cürə adam doğulur,
Yaşayır, mərddən savayı!
Buludlarından qəm yağır.
Yüküm tən gücümdən ağır!
Çarasız, məcbur insanlar
Baxır mənə fağır-fağır..!
Yağışda yuyunan bu şəhr
Dumanlar şəhridir yəqin;
Sənsizlik geyinib şəhər
Ah çəkməksə nə qədr çətin!
Bu şəhrin vitrinlərində
Mankən düzülüb yan-yana!
Ruhumuza hökm edirlər;
Acıq verirlər insana!
Bu şəhərin göylərində
Sənin göyərçin əllərin,
Öyrədir mənə uçmağı
Deyir: “-Ölümdən qaç gilən
Tap yaşamaq dəlillərin.”
Tablo dolu bu şəhərdə
Tanrım niyə yol azıram?!,
Yenə səni yamsılıram;
Oturub şeir yazıram.
Bir dərvişəm, yol gedirəm;
Mənim kəşkülümdür şeir.
Kəşkülüm deyil incidən,
Özüm özümü incidir.
Şair, ışıq qaçaqçısı...
Bu şəhrin duvarlarına
Qaranlıqlar dırmaşırlar!
Gecə geyimli adamlar,
Şair, kölgəndə yaşırlar!
Bu şuluq şəhərdə yalnız
Kitab içində itirəm!
Kimsə məni anlamayır (tapmır, qanmır!)
Özüm özümə yetirəm.
Bu böyüklükdə şəhərdə
Cismim ruhuma dar gəlir.
Fikrim bütün qabar çalır;
Dərdsizlər dərdlini əlir!
Göydələnlər şəhərində
Gücsüzü əy, gücə əyil.
Şair olmasam, bilirəm
Yaşamaq çox çətin deyil.
Bu haylı, trafik şəhrdə
Çatanmır sevən sevənə;
Yoxsa aracları daşqa?!
Hər zadı mən yarımçılıq
Yaşadım, qorxudan başqa!
Ağıllılar şəhərində
Əslində mən bir dəliyəm.
Ağıllı rolun oynuram,
Şeirlərin mən veliyəm.
Axşam olan bu şəhrdə
Adamlar deyil qayıdan,
Yalqızlıqdır, yazıqlıqdır
Dörd düvarını ayıdan,
Ev dediyinə qayıdan!
Bu şəhrin küçələrində
Nə gəzir dərddən savayı?!
Bütün adamlar satılır,
Ölür, namərddən savayı!
Ağıllılar şəhərində
Nə gördüm dərddən savayı?
Hər cürə adam doğulur,
Yaşayır, mərddən savayı!
Buludlarından qəm yağır.
Yüküm tən gücümdən ağır!
Çarasız, məcbur insanlar
Baxır mənə fağır-fağır..!
Yağışda yuyunan bu şəhr
Dumanlar şəhridir yəqin;
Sənsizlik geyinib şəhər
Ah çəkməksə nə qədr çətin!
Bu şəhrin vitrinlərində
Mankən düzülüb yan-yana!
Ruhumuza hökm edirlər;
Acıq verirlər insana!
Bu şəhərin göylərində
Sənin göyərçin əllərin,
Öyrədir mənə uçmağı
Deyir: “-Ölümdən qaç gilən
Tap yaşamaq dəlillərin.”
Tablo dolu bu şəhərdə
Tanrım niyə yol azıram?!,
Yenə səni yamsılıram;
Oturub şeir yazıram.
Bir dərvişəm, yol gedirəm;
Mənim kəşkülümdür şeir.
Kəşkülüm deyil incidən,
Özüm özümü incidir.
Şair, ışıq qaçaqçısı...
Bu şəhrin duvarlarına
Qaranlıqlar dırmaşırlar!
Gecə geyimli adamlar,
Şair, kölgəndə yaşırlar!
Bu şuluq şəhərdə yalnız
Kitab içində itirəm!
Kimsə məni anlamayır (tapmır, qanmır!)
Özüm özümə yetirəm.
Bu böyüklükdə şəhərdə
Cismim ruhuma dar gəlir.
Fikrim bütün qabar çalır;
Dərdsizlər dərdlini əlir!
Göydələnlər şəhərində
Gücsüzü əy, gücə əyil.
Şair olmasam, bilirəm
Yaşamaq çox çətin deyil.
Bu haylı, trafik şəhrdə
Çatanmır sevən sevənə;
Yoxsa aracları daşqa?!
Hər zadı mən yarımçılıq
Yaşadım, qorxudan başqa!
Ağıllılar şəhərində
Əslində mən bir dəliyəm.
Ağıllı rolun oynuram,
Şeirlərin mən veliyəm.
Axşam olan bu şəhrdə
Adamlar deyil qayıdan,
Yalqızlıqdır, yazıqlıqdır
Dörd düvarını ayıdan,
Ev dediyinə qayıdan!
Bu şəhrin küçələrində
Nə gəzir dərddən savayı?!
Bütün adamlar satılır,
Ölür, namərddən savayı!