Xəyalə Sevil - Əri müharibədən qayıtmamışdı
05/12/2013
Gülayə
Əri müharibədən qayıtmamışdı.
Göz yaşları gözündə
Qara daşdı Gülayənin.
Gözləməkdən göz daşları
Gözündən daşdı Gülayənin,
Çevrildi yol daşlarına.
Baxdı qonşu gəlinlərin yoldaşlarına
Ağladı için-için.
Dedi : “Allah niyə neyçün...”
Gözünün birini yolda qoymuşdu
Birdən ərim gələr görmərəm deyə.
Bir üzü, qız biri gəlin ,
Başı açıq, ayaq yalın özləyirdi Gülayə.
Kəndə gələn hər məktubu
Qucağında körpəsiylə
İzləyirdi Gülayə.
İllər aldığını geri vermirdi,
Diri aldığını, diri vermirdi.
Qohum-qonşuda bilənlər də demirdilər ölüb əri,
Qalmayıbdı o dönüşün ümid yeri.
Gözləyirdi Gülayə.
İllər tələsirdi, illər uçurdu,
İllər Gülayənin
Qara saçlarına qoşulub qaçırdı.
Xatirələr uyuyurdu,
Aman-zaman bircə oğlu böyüyürdü.
Oğlunun boy-buxununda
Görürdü əri qayıdıb,
Gözlərinin uzaq düşmüş yaxınında
Fərqi yoxdu ölü, ya diri qayıdıb.
Uçuq-sökük daxmasında
Uçuq-sökük xatirələr canlanırdı təzədən,
Həsrətindən qırov düşmüş ürəyini
Tək oğluydu isidən.
İyirmi bir yaşına çatmışdı oğlu.
(Ömrünün qışına çatmışdı oğlu)
Bir gün tay –tuş davasında öldürdülər
Gülayənin oğlunu.
Oğlunun boy-buxunundakı
Ərini də öldürdülər .
Birini öldürmüşdülər ,
Birini də öldürdülər.
Gözlərinin yaşında itdi-batdı
Gözlərinin qarası ,
Ürəyinin parası – oğlu yaşamırdı daha.
Günlərlə qucaqladı
Oğlunun yetim qalmiş cəsədini,
Qoymadı torpağı qazdırmağa,
Balasını basdırmağa .
Ancaq bir gün
Gülayənin yetim-yesir göz yaşından
Qopardılar oğlunu,
Ondan xəbərsiz apardılar oğlunu.
Xəbər tutdu Gülayə,
Ağlını oğlunun qəbri üstə atdı ,
Ürəyini basdırdı Gülayə.
Ana ürəyi ilə yaşadı
Oğlunun yatdığı torpaq.
Bəxdi qara oğlum deyə
Ağlayırdı Gülayə.
“Fələk aldı dayanmadı,
Mən yandım ,of, o yanmadı.
Ha çağırdım, səs gəlmədi,
Balam yatdı, oyanmadı.
Bircə balam, hara getdin,
Bağrım yara-yara getdin.
Ev –eşiyi sənsiz qoyub ,
Sən qara məzara getdin.
Soyuyubdu qış olubdu,
Köçəri bir quş olubdu,
Balam gör necə dəyişib,
Balam qara daş olubdu.
Oyna oynunu qurban,
Anan boyuna qurban,
Ağ kəfən gəlinim olub ,
Toyundu toyuna qurban.”
O gündən atdı ev –eşiyini,
3-5 günlük ömrü ilə
Çəkdi daş oğlunun
Keşiyini Gülayə .
Əri müharibədən qayıtmamışdı.
Göz yaşları gözündə
Qara daşdı Gülayənin.
Gözləməkdən göz daşları
Gözündən daşdı Gülayənin,
Çevrildi yol daşlarına.
Baxdı qonşu gəlinlərin yoldaşlarına
Ağladı için-için.
Dedi : “Allah niyə neyçün...”
Gözünün birini yolda qoymuşdu
Birdən ərim gələr görmərəm deyə.
Bir üzü, qız biri gəlin ,
Başı açıq, ayaq yalın özləyirdi Gülayə.
Kəndə gələn hər məktubu
Qucağında körpəsiylə
İzləyirdi Gülayə.
İllər aldığını geri vermirdi,
Diri aldığını, diri vermirdi.
Qohum-qonşuda bilənlər də demirdilər ölüb əri,
Qalmayıbdı o dönüşün ümid yeri.
Gözləyirdi Gülayə.
İllər tələsirdi, illər uçurdu,
İllər Gülayənin
Qara saçlarına qoşulub qaçırdı.
Xatirələr uyuyurdu,
Aman-zaman bircə oğlu böyüyürdü.
Oğlunun boy-buxununda
Görürdü əri qayıdıb,
Gözlərinin uzaq düşmüş yaxınında
Fərqi yoxdu ölü, ya diri qayıdıb.
Uçuq-sökük daxmasında
Uçuq-sökük xatirələr canlanırdı təzədən,
Həsrətindən qırov düşmüş ürəyini
Tək oğluydu isidən.
İyirmi bir yaşına çatmışdı oğlu.
(Ömrünün qışına çatmışdı oğlu)
Bir gün tay –tuş davasında öldürdülər
Gülayənin oğlunu.
Oğlunun boy-buxunundakı
Ərini də öldürdülər .
Birini öldürmüşdülər ,
Birini də öldürdülər.
Gözlərinin yaşında itdi-batdı
Gözlərinin qarası ,
Ürəyinin parası – oğlu yaşamırdı daha.
Günlərlə qucaqladı
Oğlunun yetim qalmiş cəsədini,
Qoymadı torpağı qazdırmağa,
Balasını basdırmağa .
Ancaq bir gün
Gülayənin yetim-yesir göz yaşından
Qopardılar oğlunu,
Ondan xəbərsiz apardılar oğlunu.
Xəbər tutdu Gülayə,
Ağlını oğlunun qəbri üstə atdı ,
Ürəyini basdırdı Gülayə.
Ana ürəyi ilə yaşadı
Oğlunun yatdığı torpaq.
Bəxdi qara oğlum deyə
Ağlayırdı Gülayə.
“Fələk aldı dayanmadı,
Mən yandım ,of, o yanmadı.
Ha çağırdım, səs gəlmədi,
Balam yatdı, oyanmadı.
Bircə balam, hara getdin,
Bağrım yara-yara getdin.
Ev –eşiyi sənsiz qoyub ,
Sən qara məzara getdin.
Soyuyubdu qış olubdu,
Köçəri bir quş olubdu,
Balam gör necə dəyişib,
Balam qara daş olubdu.
Oyna oynunu qurban,
Anan boyuna qurban,
Ağ kəfən gəlinim olub ,
Toyundu toyuna qurban.”
O gündən atdı ev –eşiyini,
3-5 günlük ömrü ilə
Çəkdi daş oğlunun
Keşiyini Gülayə .