Xəyalə Sevil - Biz cütləşə bilmədik...
30/01/2014
Kim çəkibdi yolları ayağımın altından?
Bir cüt göz yaşı
Düşdü gözümüzdən.
Biz cütləşə bilmədik,
Göz yaşımız cüt oldu.
Tanrı qoyduq
Əhdimizin adını,
Tanrımıza dönük çıxdıq,
Büt oldu.
Yuxu imiş o səadət,
Oyanıb suya danışdıq,
Su apardı.
Dedik işığa danışaq,
Ulduza, aya danışdıq,
O apardı.
Su da, o da günahkardı...
Kim çəkibdi yolları
Ayağımın altından?
Nə yaman pis yıxılmışam.
O qədər atmışam ki,
Göz yaşımı içimə.
Mən insan yox,
Daxılmışam.
Boğazacan yığılmışam,
Boğazacan yığılmışam.
Avanqard.net