Avanqard

Xanəmir - Dağ öyləsinə yanmışdı bu sərt soyuqdan doydu

18/12/2014













DAĞDA QIZILINI GİZLƏDİB QÜRBƏTƏ SÜRGÜN EDİLƏNƏ


sabah tutulub qürbətə yollanacaqdı
qızıllarını qarşı dağın bir yerində aparıb
gizlətdi. uşaqlarına yerini söylədi

ey dili qafil fil fail fanilər fanisi

sabah günəş doğarkən dağ başından
sabah günəş doğarkən dağ başından
dağın damarına nəyinsə ilişdiyini sandı
ışıq yanılmamışdı ışıq bu qədər heç dağda alınmamışdı
dağda aldanmamışdı heç allanmamışdı

gün dağ başındaydı gün dağ
dağa kömək gəlmışdi altundan
ışıq bu köməyə alışacaqdı
altun dağ toprağında ışıqla ötələrə yol alacaqdı –
ötələrə yollanacaqdı ışıqla

qış gəldi qar yağdı dağa qar yağdı
altun gizlədilən yerdən buz bağladı qar soyudu
dağ öyləsinə yanmışdı bu sərt soyuqdan doydu

bir dağ var əriməz yıllardır əriməz qarı bəyazı
inzivaya gələn dərviş altun üstə oturar
nədən güldüyünü günahlarına bağlar dönməz geri
dağı duyar dağ doyar dağ doyar
enərkən buraxdığı at da birdən xoflanıb duruxar
dərviş enər atsa dağla çullandığın zannedər

ilahi bir dağın ucalığının qalığını
budur qəribin bir ovuc qızılında saxlar
uzaqlara gedən geri dönmədi qafil dönmədi
altunları qaldı dağdakı soyuqda soyunda
dağın ucalığında ışığa qaldı qara qaldı

göyün ışığı öz tərkibini görüb diksindi
bu uca uca dağın bir ovucluq toprağında
dağ başından bir gün dönən dərviş də
nəfsinin dağdakı ölüsünə altun qoyub gəldi

dağ qaldı altun qaldı ışıq qaldı
qərib nerdə qəribin yeri zülmət zindan qafil
o da ölər günəş bildiyini göyün altına ışıqla əkir
dağ qalar altun qalar günəş qalar qafil
qərib gedər bu dünyadan
varı halal olduğundan uçmaz dağ. dağ uçmaz

Digər Məqalələr