Xanəmir - Bir ayağını Qarabağda qoymuş qaziyə
26/01/2015
Bu gün tanınmış şair Xanəmirin ad günüdür. Şairinin 44 yaşı tamam olur. Bu münasibətlə təbrik edib ona hər zaman can sağlığı arzu edirik.
ey dili qafil-fil fail məchul fani f
yağışlı gündü iyuldu – zaman duldu
iki dirsəyindən qolçağını geyinib çəliyinə bəzənib
iki ağaca qan verib tək ayağıyla vurnuxur
ora qaçır bura qaçır bir yerdə qərar tutmadan
yağış səpir hamı qaçır o gəzinir
bu yağışda yerə baxır göyə dirənir
savaşda itirdiyi sağ ayağını arayır
yağış tapıb verəcəkmi ayağını bəlkə buna inanır
damcılarda yerə enəcək güllə kəsmış ayağını
yağış səpır o dayanmır o sağ sənin bu sol mənim
ıslanıb. belə bir gündəmi ayağından uzaqlaşıb
on il ötüb topraqlamış ayağından beş sədəfli dırnaq qalıb
beş sədəfli bəyaz dırnaq balıq qulaqları kimi
o balıqqulaqları bu yağışda balıq olacaq
hansı yamacda ot basıb damlalar dəydikcə oynadır
itkın ayağının toprağı burdan neçə dağ uzaqda
yağış damcıları dəyır. susayıb udur təşnəylə.
osa dayanmadan gəzir yağışın son altında
damcılar ona yer göstərir. o hərlənir.
ayağının kəsik yerindən yağış aşağıya süzür
qəfil yağışlı ayağın yerə basır hə! diksinir
savaşı yağışda qalıbdır. ayağı yağışda gəlib
çıxıb çölə köhnə dost tək ayağını qarşılayır
əziz o mərd dostunu sağ ayağına salıb
topraqda xurd-xəşıl edir. dostunu faniliyə-yox yerinə salır
yox yerində dostu var eyləyir. o niyə var-gəl eyləyir
bütün buludlar onun bir ayağını gətirir
allahın rəhmətində bir ayaq varmış
doldurammır bitirəmmir bir ayağın yerini
səhərdən göylər boşalır göylər
bir qurşunun kəsiyini bir yurdun uğrunu
yağış yağır. itirdiyin tapır ayağı axır
itirdiyi aradığı qədər yoxam. yoxam. İtirdiyi yox yerindən axır
axır axır axır axır ey yox