Avanqard

Vəlixan - Yoxluğundan başqa yoxdur heç nəyi  mən heç kimin

19/09/2014

















Qəzəllər


***
Saldı  saçlarıma  dən, qəlbimə  xal.
Məndə  ta  qalmadı  dərd  çəkməyə  hal.

Görmüşəm  gördüyümü  xeyri  nədir?
Bu  fələk  barmağını eyləsə bal.

Ömrümü  boğdu  acı  göz yaşına
Bir şirin söz,  gülər üz, saçları çal.

İsti  bir xoş nəfəsin, doğma səsin
Tuta  bilməz  yerini  dövlətü-mal.

Doğma  insan  qapısında  yeri  var
Səni  zəncirliyə it tək,  verə yal.

Çox  çətindirki  xəyallar qurasan
Qaça  qəlbin önə, bəxtin qala dal.

Vəli üz vurma bu dünyadan keç
Bağrı al-qan sən, o isə üzü al.



***
Yoxluğundan başqa yoxdur heç nəyi  mən heç kimin.
Dədim ilə dərdi olmaz heç zaman tən heç kimin.

Səndən özgə qəm deyildir yoxluğu bir kimsənin
Həm məni etməz cahanda varlığı şən heç kimin.

Ya bu itgi yarəsi gec köz qoyar ya qoymaz heç
Kaş əzizi köçməsin dünyadan erkən heç kimin.

Dərd deyil dərd çəkməyim, dərdim çəkimlik dərd deyil
Çəkməsin başı bunu nə dost nə düşmən heç kimin.

Olmasaydı çəkdiyim dərdim, sənin dərdin əgər
Dərdi salmazdı mənim saçlarıma dən heç kimin.

Sən bir öylə şəxssən eşqin mənim ruhumdadır
Ki,  o  yerdə eyləməz sevdası məskən heç kimin.

Nə o əllər, nə o gözlər, nə o sözlər yoxdusa
Yoxdusa o, yoxsan ağlında Vəli sən heç kimin.

Digər Məqalələr