Vəlixan - Şeirlər
15/01/2013
Xoş gəlmisən xəyalıma,
Yenə tapıb səni ürək.
Danış görək.
Yene həmən görüş yeri
Mahnı səsi , yağış , külək,
Danış görək.
Nece safdır, nece xoşdur
nə şirindir bu xəyallar?
Həmən bufet bir istəkan pürrəngi çay, şirin çörək,
Danış görək.
Yenə o qaş, o göz
yenə həmən baxış, yeriş ,duruş
Danışığın bu gözəllik içində bir başqa bəzək
Danış görək
Qaytaracaq məmliyimə məni sənin bircə sözün
mən ölüyəm, yoxsa sağam?
Sən insansan,yoxsa mələk?
Danış görək.
Mən Vəliyəm tanımadın?
Qarşımdakı sən deyilsən?
Axı sənsən, nə susursan?
başla yenə əvvəlki tək -
Danış görək.
* * *
Gedəndə göz yaşımı görmədin çıxıb getdin,
Dəyər gözüm yaşına vermədin çıxıb getdin.
Bir incəliklə demək istədim sənə sözümü,
Salıb kobudluğa dindirmədin çıxıb getdin.
Daha bu qəlbə ele girmisənki çıxmazsan,
Fəqət həyatıma sən girmədin çıxıb getdin.
Bütün ümüdlərimi məhv edib gedəndinsə,
Nədəndi bəs məni öldürmədin çıxıb getdin.
Gələndə mən qara bəxti nə cür ki ağlatdın,
Ele o yolla da güldürmədin çıxıb getdin.
Nə sirr idi gəlişində bilinmədi məqsəd ,
Gedənda elə bildirmədin çıxıb getdin.
Vəli şikayətin heç vaxtı bitmədi axır
Öz istəyin tək ömür sürmədin çıxıb getdin.
* * *
Deməyə dərdimi kaş ki bir adam tapsaydım,
Məndə dincəlməyə asudə məqam tapsaydım.
Cövrünü çox eləsəydi nola yarım, məndə
Cövrü-cananıma canımda davam tapsaydım.
Naşadam , şad olaram , canımı qurban demişəm,
Onu vəsf etməyə layiqli kəlam tapsaydım.
Mənə yarımdan onun hicri halal qismətdir
Vəslini hətta götürməzdim haram tapsaydım.
Unudardım yarısın bəlkədə bəxtsizliyimin,
O xəyalımdaki xoşbəxtliyi tam tapsaydım.
Vəli illərdir buraxmış məni o kor bəxtim
Bir baxışla eliyərdim onu ram tapsaydım.
Digər Məqalələr
BSU-nun Yaradıcılıq fakültəsinin dekanı Salam Sarvanın Fakültəyə “Sürprizi”..
Seyran İsmayıl: \"Ədəbiyyatın həndəvərində dolanmaq daha yaxşıdır\" - MÜSAHİBƏ