Elşad Barat - Mənim uşaqlığım böyümədi ki
30/10/2014
Avanqard.net BSU Yaradıcılıq fakültəsinin tələbəsi Elşad Baratın şeirini təqdim edir.
Özümdə kiçildim, səndə böyüdüm
Həsrətim böyüdü, mən də böyüdüm,
Yağışda, dumanda, çəndə böyüdüm
Mənim uşaqlığım böyümədi ki.
Arzum nağıllarda dağıldı elə
İndiki həyat da nağıldı elə.
Ağıl da həminki ağıldı elə,
Mənim uşaqlığım böyümədi ki.
Böyüdü dərdimin koğuşu, Allah,
Böyüdü yolumun yoxuşu, Allah,
Böyüdü alnımın qırışı, Allah,
Mənim uşaqlığım böyümdi ki.
Yolları çəkdikcə gözüm böyüdü
İçimdə iradə, dözüm böyüdü,
Ürəyim böyüdü, özüm böyüdüm -
Mənim uşaqlığım böyümədi ki.
Elşadam, zamanın əlində qaldım
İçimdən dağıldım, içimə doldum.
Böyüdüm, evləndim, ata da oldum,
Mənim uşaqlığım böyümədi ki.
Özümdə kiçildim, səndə böyüdüm
Həsrətim böyüdü, mən də böyüdüm,
Yağışda, dumanda, çəndə böyüdüm
Mənim uşaqlığım böyümədi ki.
Arzum nağıllarda dağıldı elə
İndiki həyat da nağıldı elə.
Ağıl da həminki ağıldı elə,
Mənim uşaqlığım böyümədi ki.
Böyüdü dərdimin koğuşu, Allah,
Böyüdü yolumun yoxuşu, Allah,
Böyüdü alnımın qırışı, Allah,
Mənim uşaqlığım böyümdi ki.
Yolları çəkdikcə gözüm böyüdü
İçimdə iradə, dözüm böyüdü,
Ürəyim böyüdü, özüm böyüdüm -
Mənim uşaqlığım böyümədi ki.
Elşadam, zamanın əlində qaldım
İçimdən dağıldım, içimə doldum.
Böyüdüm, evləndim, ata da oldum,
Mənim uşaqlığım böyümədi ki.
Digər Məqalələr
2015-04-06 01:35:13
BSU-nun Yaradıcılıq fakültəsinin dekanı Salam Sarvanın Fakültəyə “Sürprizi”..
2014-11-11 02:53:08
Seyran İsmayıl: \"Ədəbiyyatın həndəvərində dolanmaq daha yaxşıdır\" - MÜSAHİBƏ