Elşad Barat - İki məmməddən pul yığalar
11/12/2014
UŞAQ OLASAN
Bir günlük uşaq olasan
7 yaşın tamam ola
məktəbə gedəsən
Təzə paltar da alalar sənə
Qara kostyum
Ağ köynək
Bir dəstə də gül
Boğazında kəpənəyə oxşayan parça
Sinifdə hamı səni varlı ailədən sana
Daha bilməyələr ki,
Xəstə anan dərmansız qaldı
Onun sağlamlığını geyinmisən
Dərmanlarına bürünmüsən
Və bunu dərk etmirsən
Bir günlük uşaq olasan
Yazı da yaza bilməyəsən
Müəllimən əlindən tuta
Sənə \"ana\" sözünü yazdıra
Evə də \"ana\" verə
Anan kömək edə \"ana\" yazmağa
Bir səhifə \"ana\" yazasan
Dərk etməyəsən yazdığını
Bir günlük uşaq olasan
Məktəbdə yeni il şənliyi keçirələr
İki məmməddən pul yığalar
Sən də gəlib atana deyəsən
Atan sənə pul verməyə
Gecə yarısı qalxıb cibinə baxasan
Görəsən pulu yoxdu yazıq kişinin
Cəmi bir nizamisi var
Gedib müəllimənə deyəsən ki
Mən tədbir günü xəstələnəcəm
Tədbirə gələ bilməyəcəm
Müəllimən üzünə baxıb gülümsəyə
Dərk etməyəsən yalanını
Bir günlük uşaq olasan
Allaha yalvarasan
Heç vaxt böyüməyəsən
Elə uşaq qalasan
Bir günlük uşaq olasan
7 yaşın tamam ola
məktəbə gedəsən
Təzə paltar da alalar sənə
Qara kostyum
Ağ köynək
Bir dəstə də gül
Boğazında kəpənəyə oxşayan parça
Sinifdə hamı səni varlı ailədən sana
Daha bilməyələr ki,
Xəstə anan dərmansız qaldı
Onun sağlamlığını geyinmisən
Dərmanlarına bürünmüsən
Və bunu dərk etmirsən
Bir günlük uşaq olasan
Yazı da yaza bilməyəsən
Müəllimən əlindən tuta
Sənə \"ana\" sözünü yazdıra
Evə də \"ana\" verə
Anan kömək edə \"ana\" yazmağa
Bir səhifə \"ana\" yazasan
Dərk etməyəsən yazdığını
Bir günlük uşaq olasan
Məktəbdə yeni il şənliyi keçirələr
İki məmməddən pul yığalar
Sən də gəlib atana deyəsən
Atan sənə pul verməyə
Gecə yarısı qalxıb cibinə baxasan
Görəsən pulu yoxdu yazıq kişinin
Cəmi bir nizamisi var
Gedib müəllimənə deyəsən ki
Mən tədbir günü xəstələnəcəm
Tədbirə gələ bilməyəcəm
Müəllimən üzünə baxıb gülümsəyə
Dərk etməyəsən yalanını
Bir günlük uşaq olasan
Allaha yalvarasan
Heç vaxt böyüməyəsən
Elə uşaq qalasan
Digər Məqalələr
2015-04-06 01:35:13
BSU-nun Yaradıcılıq fakültəsinin dekanı Salam Sarvanın Fakültəyə “Sürprizi”..
2014-11-11 02:53:08
Seyran İsmayıl: \"Ədəbiyyatın həndəvərində dolanmaq daha yaxşıdır\" - MÜSAHİBƏ