Avanqard

Vasif Əlihüseyn - Günü on manata işləyən rayon qadını...

01/10/2014






SƏNİ UNUTMAQ



Yaxşı ki,
sən getdin.
Sənin bilmədiyin
hüzün başladı ömrümdə.

Bütün çay evlərinin
iki müştərisi azaldı onda.
Günü on manata işləyən rayon qadını,
dodaq boyalarına bələnmiş
stəkanları yudu deyinə-deyinə.

Sonra,
səni qısqandığım paltarlarda
şəkillərini paylaşdın.
Bircə yol
üzüm gəlmədi ki, soruşam:
-Müəllif kimdi?

Qayıdıb öz evimə gəldim
qapımı döydüm.
qonşu uşağı,
qaçdı üstümə:
- əmi, muştuluğumu ver,
evdə heç kim yoxdu.

Digər Məqalələr