Vəlixan - Salam olsun sənə!
01/05/2013
Ey Allahın əziz dostu , rəfiqi,
Bütün aləmlərin rəhmət çırağı.
Ey insanlıq məqamında münəvvər
Bu əşrəf varlığın ziynət çırağı.
Salam olsun sənə !
Bütün aləmləri nurlandırır rəhmət çırağın
Verir insanlığa ya Mustəfa ziynət çırağın.
***
Ey insandan məqamı üstün insan,
Mələklər bu məqama, hala, heyran,
Ey ömrü büs-bütün mənayi-Quran,
Sözü ariflərə hikmət çırağı.
Salam olsun sənə !
Səbəb Qurandadır düz dörd yüz ildir ki günəş tək
Saçır öz nurunu elm əhlinə hikmət çırağın.
***
Mələklər səndən öyrəndi ibadət
Ürəklər səndən istərlər şəfaət
Böyuk bir fəxr ilə , ruzi-qiyamət
Ey iman əhlinə, cənnət çırağı.
Salam olsun sənə !
Fənada və bəqada kimsə yoxkən Xaliqi-Yekta
Sənin nurunla ziynətləndirib cənnat çırağın.
***
Səni əks etdirir mənada hər şey,
Tapar hər kəs sənə sevdada hər şey,
Sənə xatirdi bu dünyada hər şey
Sən ey Xaliq üçün xilqət çırağı.
Salam olsun sənə !
Sənə xatirdi bu xilqət durub əşrəf məqamında,
Sənə xatir Xuda yandırdı bu xilqət çırağın.
***
Səni dərk eyləsəydi əhli-dünya,
Xudanı dərk edib tapmışdı məna,
Adında birləşib İsa və Musa
Cahanın sönməyən vəhdət çırağı
Salam olsun sənə !
Salar pərvanələr meylin həmişə gur yanan şəmə
Yığar dünyanı bir gün başına vəhdət çırağın.

Digər Məqalələr
2015-04-06 01:35:13
BSU-nun Yaradıcılıq fakültəsinin dekanı Salam Sarvanın Fakültəyə “Sürprizi”..
2014-11-11 02:53:08
Seyran İsmayıl: \"Ədəbiyyatın həndəvərində dolanmaq daha yaxşıdır\" - MÜSAHİBƏ