Vasif Əlihüseyn - Mənə nə vermisən ala bilmirsən
31/03/2014
BSU Yaradıcılıq fakulitəsinin məzunu
Uddum dilindəki acı kəlməni,
dinmədim, çıxartdın sən lap ağını.
Deyəsən nahaqdan mən qəbul etdim,
sənin bu ərköyün şıltaqlığını.
Qayıtdın yanıma sən üzü sulu,
indi də, yanımda qala bilmirsən.
Bu qədər başıma dərd oldun yetər,
mənə nə vermisən, ala bilmirsən?
Neyniyim, mən sənə qıya bilmirəm,
mənimçün həmişə sən tək qalmısan.
Üzümə baxırsan donub qalıram,
məni baxışınla ovsunlamısan.
Uddum dilindəki acı kəlməni,
dinmədim, çıxartdın sən lap ağını.
Deyəsən nahaqdan mən qəbul etdim,
sənin bu ərköyün şıltaqlığını.
Qayıtdın yanıma sən üzü sulu,
indi də, yanımda qala bilmirsən.
Bu qədər başıma dərd oldun yetər,
mənə nə vermisən, ala bilmirsən?
Neyniyim, mən sənə qıya bilmirəm,
mənimçün həmişə sən tək qalmısan.
Üzümə baxırsan donub qalıram,
məni baxışınla ovsunlamısan.
Digər Məqalələr
2015-04-06 01:35:13
BSU-nun Yaradıcılıq fakültəsinin dekanı Salam Sarvanın Fakültəyə “Sürprizi”..
2014-11-11 02:53:08
Seyran İsmayıl: \"Ədəbiyyatın həndəvərində dolanmaq daha yaxşıdır\" - MÜSAHİBƏ