Vasif Əlihüseyn - Qaz da çəkmədilər kəndimizə
14/10/2015
MÜHARİBƏ VETERANININ
QIZINA DEDİKLƏRİ
Saçımın ağlığı da,
yaşımdandı qızım.
Sən inanma
yerimizə ağlayan şairlərə.
Sən nağıllardakı
qəhrəmanlarını görürdün
yuxuda.
Mən səni oyatmadan
üzündən öpüb
müharibəyə gedəndə.
Bax, toyuna da
çatdırdım özümü
Amma, ayaqlarımı
qoyub gəldim.
İndi pilləkənləri
qalxmağı da bacarıram.
qapınızın
zəngini çalmağı da.
Bilirsən qızım,
torpaqları itirmək,
ayaqlarımı itirməkdən
daha ağrılıdı mənə.
mən ayaqlarımı itirəndə,
o, yerləri öz qanımla boyadım.
“Vətən” möhürü vurdum o yerlərə.
Hələ də, o torpaqlarda.
Neçə-neçə qan təzələnir qanımın üstündən.
KƏNDİMİZ
Bu ildə qar yağdı,
Bu ildə,
İsinməyə ümüd gəzdi
kəndimiz
Aldatdılar...
Qaz da çəkmədilər
kəndimizə.
Babamdan yadigar,
“Tut” ağaclarının,
budaqlarını qırdıq,
yenə də.
bacalar tüstülədi göylərə,
soyuqdan
Ərləri xaricə
çörək dalıyca getmiş,
gəlinlər.
Bir toyuq başı kəsdirməyə,
kişi tapmadılar.
sünnət olunmamış uşaqlara,
“Bismillah” deməyi,
bir də “Qiblə”ni göstərdilər.
Beləcə hər qış,
kəndimiz neçə ağac
yandırıb
çəkdi ciyərlərinə.
Ümüdləri
bir az daha çox
qırıldı gəlinlərin
toyuq başı kəsən uşaqların
sayı azaldıqca.
GÜNÜ MANATA İŞLƏYƏN RAYON QADINI
Yaxşı ki,
sən getdin.
Sənin bilmədiyin
hüzün başladı ömrümdə.
Bütün çay evlərinin
iki müştərisi azaldı onda.
Günü on manata işləyən rayon qadını,
dodaq boyalarına bələnmiş
stəkanları yudu deyinə-deyinə.
Sonra,
səni qısqandığım paltarlarda
şəkillərini paylaşdın.
Bircə yol
üzüm gəlmədi ki, soruşam:
-Müəllif kimdi?
Qayıdıb öz evimə gəldim
qapımı döydüm.
qonşu uşağı,
qaçdı üstümə:
- əmi, muştuluğumu ver,
evdə heç kim yoxdu.
QIZINA DEDİKLƏRİ
Saçımın ağlığı da,
yaşımdandı qızım.
Sən inanma
yerimizə ağlayan şairlərə.
Sən nağıllardakı
qəhrəmanlarını görürdün
yuxuda.
Mən səni oyatmadan
üzündən öpüb
müharibəyə gedəndə.
Bax, toyuna da
çatdırdım özümü
Amma, ayaqlarımı
qoyub gəldim.
İndi pilləkənləri
qalxmağı da bacarıram.
qapınızın
zəngini çalmağı da.
Bilirsən qızım,
torpaqları itirmək,
ayaqlarımı itirməkdən
daha ağrılıdı mənə.
mən ayaqlarımı itirəndə,
o, yerləri öz qanımla boyadım.
“Vətən” möhürü vurdum o yerlərə.
Hələ də, o torpaqlarda.
Neçə-neçə qan təzələnir qanımın üstündən.
KƏNDİMİZ
Bu ildə qar yağdı,
Bu ildə,
İsinməyə ümüd gəzdi
kəndimiz
Aldatdılar...
Qaz da çəkmədilər
kəndimizə.
Babamdan yadigar,
“Tut” ağaclarının,
budaqlarını qırdıq,
yenə də.
bacalar tüstülədi göylərə,
soyuqdan
Ərləri xaricə
çörək dalıyca getmiş,
gəlinlər.
Bir toyuq başı kəsdirməyə,
kişi tapmadılar.
sünnət olunmamış uşaqlara,
“Bismillah” deməyi,
bir də “Qiblə”ni göstərdilər.
Beləcə hər qış,
kəndimiz neçə ağac
yandırıb
çəkdi ciyərlərinə.
Ümüdləri
bir az daha çox
qırıldı gəlinlərin
toyuq başı kəsən uşaqların
sayı azaldıqca.
GÜNÜ MANATA İŞLƏYƏN RAYON QADINI
Yaxşı ki,
sən getdin.
Sənin bilmədiyin
hüzün başladı ömrümdə.
Bütün çay evlərinin
iki müştərisi azaldı onda.
Günü on manata işləyən rayon qadını,
dodaq boyalarına bələnmiş
stəkanları yudu deyinə-deyinə.
Sonra,
səni qısqandığım paltarlarda
şəkillərini paylaşdın.
Bircə yol
üzüm gəlmədi ki, soruşam:
-Müəllif kimdi?
Qayıdıb öz evimə gəldim
qapımı döydüm.
qonşu uşağı,
qaçdı üstümə:
- əmi, muştuluğumu ver,
evdə heç kim yoxdu.