Vasif Əlihüseyn - Lənətə gəlsin polisləriniz
12/02/2014
BSU-nin yaradıcılıq fakulitəsinin məzunu
Viktoriya
Əvvəl
çox tənha hiss etdim özümü,
sonra alışdım burda yaşamağa, Viktoriya!
Bilirsən,
bu şəhərdə bizimkilərdən çoxdu.
Gündüzlər bazarlarda meyvə satan-
gecələr “İqravoylar”a pul qoyan
atalar üçün, darıxır uşaqları.
Sən, soyuq pivəni
başına çəkməklə məşğulsan
Viktoriya!
Oysa, atasız qalan
uşağının başını tumarlayar
meyvə satan kişi.
Bir də, atamı tutar polisləriniz,
öz kabinetlərini sildirərlər burada.
Lənətə gəlsin polislərinizi!
Atam evimizin kişisidi,
o, kabinet silməyib heç vaxt.
Viktoriya
Əvvəl
çox tənha hiss etdim özümü,
sonra alışdım burda yaşamağa, Viktoriya!
Bilirsən,
bu şəhərdə bizimkilərdən çoxdu.
Gündüzlər bazarlarda meyvə satan-
gecələr “İqravoylar”a pul qoyan
atalar üçün, darıxır uşaqları.
Sən, soyuq pivəni
başına çəkməklə məşğulsan
Viktoriya!
Oysa, atasız qalan
uşağının başını tumarlayar
meyvə satan kişi.
Bir də, atamı tutar polisləriniz,
öz kabinetlərini sildirərlər burada.
Lənətə gəlsin polislərinizi!
Atam evimizin kişisidi,
o, kabinet silməyib heç vaxt.
Digər Məqalələr
2015-04-06 01:35:13
BSU-nun Yaradıcılıq fakültəsinin dekanı Salam Sarvanın Fakültəyə “Sürprizi”..
2014-11-11 02:53:08
Seyran İsmayıl: \"Ədəbiyyatın həndəvərində dolanmaq daha yaxşıdır\" - MÜSAHİBƏ