Vasif Əlihüseyn - Hər sabah yolları süpürən anam
17/04/2018
Avanqard.net gənc şair Vasif Əlihüseynin “Süpürgəçi qadın” şeirini təqdim edir.
Üzünü bu şəhərdən gizlədib.
hər sabah yolları
süpürən anam
Baxışındakı gileyi
süpürə bilməyəcək zaman
gözlərindən
və bir də
alnındakı qırışları
ütüləyə bilməyəcək
Qulaqlarını tutmuş
tıxaclı maşınların siqnal səsləri
ürəyində sadaladığın
ehtiyacların sırasını
poza biləcəkmi?!
Ən yaxşısı
gedək kəndimizə
qapı-bacamızı süpür
bir də
sıyır yaşmağını
kəndimizə üzü açıq bax
və unutma
şəhərdən gətirdiyin
küçə adlarını
çünki qəhramanlar unudulmur
Üzünü bu şəhərdən gizlədib.
hər sabah yolları
süpürən anam
Baxışındakı gileyi
süpürə bilməyəcək zaman
gözlərindən
və bir də
alnındakı qırışları
ütüləyə bilməyəcək
Qulaqlarını tutmuş
tıxaclı maşınların siqnal səsləri
ürəyində sadaladığın
ehtiyacların sırasını
poza biləcəkmi?!
Ən yaxşısı
gedək kəndimizə
qapı-bacamızı süpür
bir də
sıyır yaşmağını
kəndimizə üzü açıq bax
və unutma
şəhərdən gətirdiyin
küçə adlarını
çünki qəhramanlar unudulmur