Avanqard

Vasif Əlihüseyn - Ərinlə dalaşan yadına düşürəm

14/11/2013

MƏNİ GÖRDÜYÜN PALTARDA YATIRAM

Bilirəm, ərinlə dalaşan da
yadına düşürəm.
qızının ağlamağı da
qəribə gəlir sənə
inana bilmirsən ana olmağına.

Əvvəl gözlərimin yaşı axırdı
indi daha ağlaya bilmirəm
Mən də baş barmağımın
corabımı deşib boylanan da
duyuram sənsizliyi.
Bilirəm ki, təkəm özümə
fikir vermirəm.

Soyuqdan, məni gördüyün
paltarda yatıram e vallah
gecə yuxuna da
elə gəlmək üçün..

Sən məni görüb yastığın
o üzünü çevirirsən,
mən də səni görüb
bu üzünü...

indi yığışmışam  
sənsizliyin içinə
soyuğunda isinirəm boşluğun
sən, boşluğun qədər
doldurmusan xəyalımı.

Digər Məqalələr